4 ildə hepatitlərlə bağlı 8936 nəfər müraciət edib
08:30 27.07.2018
Arxiv
612
"B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyaya son dörd il ərzində 8936 nəfər müraciət edib”
Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) "28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunan mətbuat konfransında komissiyanın üzvü, Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova deyib.
O bildirib ki, vaxtında aparılan müalicə tədbirləri yoluxmanın fəsadlaşmış formaya – qaraciyər serrozuna və xərçəngə çevrilmə ehtimalının qarşısını alır: "Komissiyaya müraciət edənlərdən 57 faizi kişi, 43 faizi qadın olub. Onlardan 73 faizində hepatit C, 27 faizində Hepatit B aşkar olunub. Ümumiyyətlə, 1142 nəfər şəxsdə bu virus var, amma xəstəlik müşahidə edilmir. B və D hepatitinə yoluxanların sayı 160 nəfərdir. Müraciət edənlərdə 493 nəfərdə serroz aşkar olunub. 6266 nəfərə isə müalicə yazılıb və onlar müalicəni başa çatdırıblar. 1259 nəfərin müalicəsinə əks göstəriş olub. 2017-ci ildə isə Hepatit A 59, hepatit B 160, Hepatit C vurusunun xroniki hal alması ilə bağlı 154 nəfər komissiyaya müraciət edib”.
Mətbuat konfransında çıxış edən İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə bildirib ki, müalicələrin effektiv olması üçün xəstəliyi vaxtında aşkar etmək lazımdır: "Dünyada 400 milyon insan bu virusa yoluxub. Hər il bir milyon 400 milyon insan Hepatit virusundan ölür".
Mətbuat konfransında qeyd olunub ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün ölkədə mütəmadi olaraq maarifləndirmə işləri aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm