4 saat ərzində 4 xəstəxana gəzən qadın öldü





Samsunun Salıpazarı qəsəbəsində 2 uşaq anası Fatma Kuzu, xəstələnincə həyat yoldaşı Katib Kuzu tərəfindən xüsusi xəstəxanaya aparıldı.

Bütün müainələri aparılan  qadında hər hansı bir problemə  rast gəlinməyib. Psixiatriya həkimi tərəfindən panikatak  diaqnozu qoyularaq dərman müalicəsinə başlanıldı. 15 gün sonra Fatma Kuzu keçən 30 iyulda yenidən halı pisləşərək huşunu itirdi. Kuzu əvvəl Salıpazarı dövlət xəstəxanasına aparıldı. Ardından Çərşənbə dövlət xəstəxanasına çatdırılıb. Ancaq vəziyyətinin psixoloji problem olduğu deyilərək Samsun Ruh Sağlamlığı və Xəstəlikləri xəstəxanasına aparılması istənilib. Fatma Kuzu, təcili yardımla Samsun Ruh Sağlamlığı və Xəstəlikləri xəstəxanasına yerləşdirilib. Huşsuz halda gətirilən qadın,  təcili xidmət qarşısında yenidən huşunu itirib.

 4 saat ərzində  4 xəstəxana gəzmək məcburiyyətində qalan  qadın bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Katib Kuzu, prokurorluğa məsullar haqqında şikayət verib.