“Gün.az”dan 8 müxbir və 2 texniki əməkdaş işdən gedib

Onlardan yalnız bir nəfər iş tapa bilib





"Gün.az” saytının fəaliyyətini dayandıracağı barədə mediada məlumat yayılıb. İşçilərinin 70 faizinin ixtisar edildiyi bildirilib. Hazırda 8 müxbir və 2 texniki işçi ixtisar səbəbilə işdən uzaqlaşdırılıb.

Portal rəhbərliyi məsələyə münasibət bildirməsə də, saytın adının çəkilməsini istəməyən əməkdaşı "Şərq”ə faktı təsdiqləyib. Həmkarımız deyib ki, saytda yalnız 3 nəfər qalıb: "Çıxarılanların əksəriyyəti müxbir kimi çalışırdı. 2 nəfər isə texniki heyət idi. Onlardan yalnız biri iş tapa bilib. Qalanları işsizdir. Ortada qalmışıq. Hələ ki iş yoxdur, axtarırıq. Müəyyən media quruluşlarına müraciət edəcəyik”.

Qeyd edək ki, saytın işdən azad olunmuş əməkdaşı Fidan Əliyeva dünən öz "facebook” səhifəsində "İnteraz. com” portalında işə başladığını yazıb. "Gün.az”ın kollektivindən ayrılmağın çətin olduğunu deyən həmkarımız "İnteraz.com” da dərc olunan yazılarını da paylaşıb. Görünür, kənarlaşdırılanlar arasında yeni iş tapan məhz F.Əliyevadır.

Ayyət Əhməd