Türkiyə təyyarəsində qorxulu anlar: yaralılar var

İstanbul-Taypey marşrutu üzrə hərəkət edən Türkiyə Hava Yollarına (THY) məxsus sərnişin təyyarəsi enişə 2 saat qalmış hava boşluğuna düşüb və nəticədə 4 sərnişin və 2 ekipaj üzvü yüngül xəsarət alıb.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, təyyarə Taypey hava limanına təhlükəsiz şəkildə enib.

Xəsarət alan sərnişinlərdən ikisi xəstəxanaya yerləşdirilib.