Qriqoryan bu ölkələrə səfərə gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Cənubi Koreya və Yaponiyaya səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasından məlumat verilib.
Məlumata görə, sentyabrın 6-da başlayacaq səfər çərçivəsində Təhlükəsizlik Şurasının katibi bir sıra işgüzar görüşlər keçirəcək.