Meryem Üzərli işindən danışıb: Mərhumlara makiyaj etmişəm

Marie Claire jurnalının yeni sayının qonağı Məryəm Üzərli olub.
Sherg.az xəbəbr verir ki, Üzərli aktyorluqdan əvvəl çox iş gördüyünü belə izah edib: 
“Böyüyəndə fərqli həyatları müşahidə etməkdən həzz aldım və bir gün ən yaxın dostumu yol qəzasında itirdim.
Həyatı və ölümü sorğuladığım dövr idi. İnsanların həyatına toxunmaq mənim prioritetim olub. Bir il leykozlu uşaqlar üçün xəstəxanada könüllü oldum. Onlar Almaniyada dünyasını dəyişən insanların son səfərlərinə ən yaxşı vəziyyətdə getmələrini istəyirlər. Xəstəxanada işləyəndə bir komanda onları bu səyahətə hazırlayırdı. Mən də dəfn mərasiminə hazırlaşan mərhumlara makiyaj edirdim. Və mən bunların heç birini “indi bunu etməliyəm” demək üçün proqramlaşdırmadım, sadəcə ortaya çıxdılar”.

Meryem Üzərli valideynləri Ursula-Hüseyin Üzərli haqqında da danşıb: 
“Atam anamı çox sevirdi. O, anamın əvvəlki evliliyindən iki böyük qardaşım üçün gözəl ata idi. Yəni atam bu davranışları ilə mənə belə bir insan olmağın başlanğıcını verib. Anam katolik, atam müsəlmandır. Çox dözümlü böyümüşəm.
"Mənim ailəmdə ən vacib şey qarşıdakı insanı sevmək və onu olduğu kimi qəbul etmək idi" .

“Özünüzü nə qədər gənc hiss edirsiniz?” sualına isə aktrisa belə cavab verib: 
“Gənc hiss etmək nə deməkdir, qocalmaq nə deməkdir?”. Mən buna belə baxmıram. Özümü sağlam və enerjili hiss edirəm, düşünürəm ki, vacib olan budur! Təbii ki, özümü hər gün bomba kimi hiss etmirəm. Mənim iki uşağım, sıx iş qrafikim və vaxt keçirməli olduğum ailəm var. Ruhum həmişə gəncdir, rəqəmlərə və xarici qabığıma bağlanmıram”.