Bakı şəhər Binəqədi rayonu 6-cı mikrorayon ərazisindəki parkdan körpə dölü tapılıb.
Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.
Bildirilib ki, dölün kim tərəfindən əraziyə atılması məlum deyil.
Sosioloq Lalə Mehralı "Sherg.az"a bildirib ki, şəkildən də göründüyü kimi doğuşa bir neçə ay qaldığı üçün körpə tam formalaşmayıb:
''Çox ehtimal, qadın arzuolunmaz hamiləlik yaşayıb və yaxud dərman vasitələrindən açılış prossesi həyata keçirilib. Bütün hallarda bu həm cəmiyyət, həm də körpəni ora atan qadın üçün təhlükəli vəziyyətdir. Unutmamalıyıq ki, parka atılan bir candır. İnsan dörd həftədən sonra ana bətnində formalaşmağa başlayır. Bundan sonra körpəyə qarşı ediləcək hərəkətlər insani deyil. Ona görə də abortlara qarşıyıq. Çünki abort cinayyətdir. İnsan həyatının sonlandırılması isə qətiyyən yolverilməzdir. Ümumiyyətlə, arzuolunmaz hamiləlikdən qorunmaq üçün olduqca çox üsullar var. Ola bilər ki, qadın nikahdankənar hamilə qaldığı üçün bu addımı atıb. Əslində hadisə ilə bağlı versiyalar çoxdur. Təbii ki, hadisə araşdırılacaq. Qeyd edim ki, nikahdankənar münasibətlər məhdudlaşdırılmalıdır. Küçəyə atılan tək döl deyil, canlı bir varlıqdır. Belə hadisələr bütün insanların psixologiyasına pis təsir edir".