Bakıda evdən qaçan 18 yaşlı qız 3 gün sonra geri qayıdıb





Bir neçə gün əvvəl Bakıda itkin düşən qız yaşadığı evə qayıdıb. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, mayın 1-də 1996-cı il təvəllüdlü Əliyeva Amaliya Elşən qızı yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb. Valideynlərinin müraciətindən sonra polis 18 yaşlı qızı axtarmağa başlayıb. Dünən isə gənc qız özü evə qayıdıb. O, səhər saat 07 radələrində daimi yaşadığı ünvana geri dönüb.
18 yaşlı qızın evdən niyə qaçması, bu müddət ərzində harada olması, nə iş görməsi barədə hələlik dəqiq məlumat yoxdur.