Yon Dal Tomasson: Rəqibə açıq oyun təklif etdik

Rəqibə açıq oyun təklif etdik.
"Report" xəbər verir ki, bunu İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson Azərbaycan yığmasına qarşı keçirdikləri Millətlər Liqasının oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis nəticəni dəyərləndirib:
"Nəticədən razıyam. Kifayət qədər şanslar əldə etdik. Bəzi çatışmazlıqlar vardı. Topu itirəndə komanda yerini tuta bilmirdi. Bunun üzərində işləməliyik. Qapıçının çıxışından razıyam. Ona növbəti oyunlarda da yer ayıracam".
"Bakıda belə nəticə qazanmaq məncə həm çox çətin həm də təqdirəlayiqdir. Penaltidən qol buraxsaydıq daha sonra yaratdığımız təhlükəli vəziyyətlərdən istifadə edə bilərdik", - deyə məşqçi bildirib.
Qeyd edək ki, Azərbaycan - İsveç matçı qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.