Bulvarda həyacanlı anlar: 34 yaşlı qadın özünü dənizə atdı






Bu gün Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Dənizkənarı Bulvarın ərazisində 1 nəfərin dənizdə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 14:00-da başa çatıb.
Səbail rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, özünü dənizə atan şəxs 1980-ci il təvəllüdlü qadındır. Ağır vəziyyətdə sudan çıxarılan qadının adının Solmaz olduğu bildirilir. O, təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparılıb.
34 yaşlı qadının özünü hansı səbəbdən dənizə atması ələlik məlum deyil.