Arseniy Yatsenyuk: “Antiterror əməliyyatı davam edir və çox şey yerli əhalidən asılı olacaq”

Ukraynanın baş naziri BBC-yə müsahibə verib



Ukraynanın baş naziri Arseniy Yatsenyuk mayın 4-də Kiyevdə BBC-yə müsahibə verib. O deyib:
"Biz anlayırıq ki, təhlükəsizlik qüvvələri qanunu pozublar. Ukrayna prokurorluğu təhqiqata başlayıb və biz Odessa regionunun polis rəisini işdən çıxarmışıq. İnanıram ki, prokurorluq hamını yoxlamalıdır. Tam bitkin və müstəqil təhqiqat aparılmalıdır, çünki şəxsən mən təhlükəsizlik və hüquq mühafizə idarəsini zorakılığın qarşısını almaq üçün heç nə etməməkdə günahlandırıram”.
Yatsenyuk Ukraynanın cənub şərqinə nəzarətin tam itirilmədiyini bildirib:
"Rusiyanın rəhbərlik etdiyi etirazçıların nəzarətində olan bəzi nöqtələr var. Ancaq antiterror əməliyyatı davam edir və çox şey yerli əhalidən asılı olacaq – yəni onların sülhü və sabitliyi və ya Rusiyanın sponsorluq etdiyi şəxsləri dəstəkləməsindən”.
"Biz ölkədəki, rusca sərbəst danışa bilən hər bir kəsə aydın mesaj göndəririk; konstitusiyanı dəyişməyə hazırıq; yerli hökumətlərə səlahiyyət verməyə hazırıq; vahid ölkə naminə hər şeyə hazırıq. Ancaq bu yolla qulaq asmaq istəyənlə danışmaq olar – əlində AK-74 tutanlar heç bir dialoqda maraqlı deyil”, - deyə Yatsenyuk sözlərinə əlavə edib.