Ukraynada döyüşlər davam edir: 4 əsgər öldü, 30 əsgər yaralandı (VİDEO)

Daxil işlər naziri Arsen Avakov 800 separatçının mühasirədə olduğunu bildirir

Dünya Ukraynanın Donetsk vilayətində gedən döyüşlərdə Ukrayna ordusunun 4 əsgəri həlak olub, 30-a yaxın əsgər isə yaralanıb. ANS PRESS-in məlumatına görə. bu barədə Ukrayna Daxili İşlər Nazirliyi xəbər yayıb.
"Separatçıların döyüş taktikası dinc əhalini qalxan kimi istifadə etməkdir. Bundan başqa yerli sakinlər bildirirlər ki, separatçılar kütləvi qırğınlar törədir, evləri yandırırlar. Dinc sakinlər arasında ölənlər var. Hazırda döyüşlər davam edir", Ukrayna DİN-in açıqlamasında bildirilir.
Ukrayna xüsusi təyinatlıları və əsgərləri Slavyansk şəhərində separatçıları mühasirədə saxlayıb. Lakin separatçılar mühasirəni yarmağa cəhd göstərir. Daxil işlər naziri Arsen Avakov onların sayının təxminən 800 nəfər olduğunu bildirir. Ukrayna xüsusi təyinatlıları və əsgərləri separatçıların əlində olan blokpostları azad etməyə çalışır.
Slavyansk şəhərində döyüşlər davam edir.