Jirinovskinin III dünya müharibəsi barədə böyük səhvi (VİDEO)

“Üçüncü Dünya müharibəsi müsəlman dünyasında baş verəcək, sonra Çinə keçəcək”


Region Üç il qabaq "Rossiya 1” telekanalında Vladimir Solovyovun "Poedinok” verilişində azərbaycanlı ilahiyyatçı Heydər Camalla debata çıxan LDPR lideri Vladimir Jirinovski verdiyi proqnozunda ciddi səhv buraxıb.
ANS PRESS-in məlumatına görə, verilişin 55-ci dəqiqəsində Heydər Camal bildirib: "Nədənsə, həmişə müsəlmanları günahlandırırlar. İki dünya müharibəsi Avropada gedib. Amma deyirlər ki, müsəlmanlar təcavüzkardır”.
LDPR lideri onun sözünü kəsib: "Siz hiyləgərsiniz. İstəyirsiz ki, müharibə həmişə Avropada olsun. Üçüncü Dünya müharibəsi müsəlman dünyasında baş verəcək, sonra Çinə keçəcək”. LDPR lideri bu müharibənin Rusiyanı da məhv edə biləcəyini bildirib və Moskvanın özünü qorumaq üçün addımlar atmalı olduğunu vurğulayıb.
Amma üç ildən sonra Ukraynada baş verənlər göstərdi ki, Rusiyanı məhv edəcək müharibə məhz Avropa ərazisindən başlayır. Ukraynanın cənub-şərqində baş verənlər artıq ciddi və uzun sürən müharibəyə doğru irəliləyir.