"Rusiya Litvaya hücum etsə..."




 Bu gün mayın 11-də Litvada prezident seçkiləri keçirilir.
ANS PRESS-in məlumatına görə, seçkidə hazırkı prezident Dalia Grybauskaitenin qalib olacağı gözlənilir.
Dalia Grybauskaite 2004-cü ildən Avropa Komissiyasının büdcə və maliyyə planlaşdırılması idarəsinə rəhbərlik edib.
Prezident seçkiləri ərəfəsində o bildirib ki, Rusiya tərəfdən ölkəsinə hər hansı təhlükə və müdaxilə olsa, o əlinə silah alıb ölkəsinin müdafiəsinə qalxacaq.
Qeyd edək ki, Dalia Grybauskaite 2009-cu ildən Litva prezidentidir.