Bakıda xəstələnən jurnalist Zülfüqar Rüfətoğlu Londona qayıdıb






"Zülfqarın vəziyyəti normaldır, artıq Bakıdan Londona qayıdıb. BBC-dəki işinə davam edir”.

Bunu Modern.az-a açıqlamasında tanınmış jurnalist Zülfüqar Rüfətoğlunun qardaşı Rəşad Əhmədzadə deyib.

Xatırladaq ki, tanınmış jurnalist Z. Rüfətoğlu bir neçə ay bundan əvvəl anasının dəfni üçün Bakıya gəlmişdi. Jurnalist şəkərinin qalxması, vəziyyətinin ağırlaşması səbəbindən "Caspian Hospital” klinikasına yerləşdirilmiş, orada müalicə alırdı. Müalicəsi bitdikdən sonra evə buraxılmışdı.