Donetskdə həlak olanların sayı 49-a çatdı








Ukraynanın Donetsk vilayətində baş verən toqquşmalarda həlak olanların sayı 49 nəfərə çatıb.

AzNews.az-ın "Novosti Donbassa” xəbər saytına istinadən verdiyi məlumata görə, antiterror əməliyyatlarına start verildiyi tarixdən - martın 13-dən bu günə qədər Donetsk vilayətində 49 nəfər ölüb.

Agentlik Donetsk Səhiyyə İdarəsində istinadən bildirib ki, odlu silahdan açılan atəşlə 245 nəfər xəstəxanalara yerləşdirilib. Hazırda 56 nəfər stasionar şəraitdə müəalicəsini davam etdirir.