Bakının mərkəzində nasistlər peyda oldu

Özündən razı görünən bu gənc oğlan hətta “ziq” deyə nasist salamı verir



Adam Içində Bakının mərkəzində nasistlər peyda olub.
Virtualaz.org-ın məlumatına görə, videokadrlardan da görünür ki, qara rəngli hərbi çəkmə, xaki rəngli şalvar, üzərində III Reyxin - alman faşistlərinin gerbi olan qara rəngli mayka geyinmiş gənc bir nasist Bakının mərkəzində arın-arxayın gəzişir.
Özündən razı görünən bu gənc oğlan hətta "ziq” deyə nasist salamı da verir. Yaxşı ki, "Hayl, Hitler!” deyə qışqırmır.
Sosial şəbəkələrdə yayılmış bu videoçarxın həmin gənc nasistin yaxın tanışı tərəfindən lentə çəkilməsi faktı da narahatlığa kifayət qədər ciddi əsaslar verir.
Yeri gəlmişkən, bu günlərdə Bakıda gənclərin "Georgiyevsk lenti” paylaması faktı da bəlli olmuşdu. Bu isə ultrasağların fəallığının artdığını sübut edən daha bir əlamətdir. Bu isə müvafiq qurumlarda narahatlıq doğurmalıdır. Bunu xüsusi nəzərə almaq lazımdır ki, nasistlərin və velikorus şovinistlərinin fəallaşmasını xatırladan bu hallar şəhər gəncliyinə o qədər də pozitiv təsir göstərmir.