Bir bədənli, iki üzlü bacılar doğuldu

Siam əkizlərinin durumunun yaxşı olduğu vurğulanır




Avstraliyada bir bədənə, iki üzə və beyinə malik əkiz qızlar doğulub. Valideynlərinin "İnam” (Faith) və "Ümid” (Hope) adlarını verdikləri siam əkizlərinin durumunun yaxşı olduğu vurğulanır.

Avstraliyanın Sidney şəhərinin qərbindəki Treqir bölgəsində yaşayan Saymon Houi və Rene Yanqın ailəsində dünyaya gəlmiş bu əkiz bacıların Siam əkizləri olmaqla yanaşı, çox nadir hallarda rast gəlinən diprosop əkizlər olduğu deyilir. Əkizlərin anası Rene Yanqın dediyinə görə, hamiləlik zamanı məruz qaldığı ultrasəs müayinəsinin nəticələrini təhlil edən həkimlər ona bətnində bir bədən, iki başı olan əkizlərin mövcudluğunu demişdilər. "Həkimlər şoka düşmüşdülər. Çünki iki simmetrik üzləri, iki beyni və bir bədəni olan bu əkiz qızların durumu normaldı. Mənə abort təklif olundu. Lakin bu "təklif”i rədd etdim və qızlarımı doğdum”, - Rene Yanq deyib. O, Bləktaun hospitalında qeysəriyyə əməliyyatı sayəsidə əkizləri dünyaya gətirib. "Qızlarımın bir bədəni olsa da, onları əkizlər sayırıq. Onlar qızlarımızdır və övladlarımızı sevirik”, - Rene deyib. Diprosop əkizlər hazırda Uestmid hospitalındadır.