Bakirəliyini satmaqdan imtina etdi

İndiyə qədər 800 min dollar yığdı




ABŞ-da tibb sahəsinədə oxuyan tələbə Elizabet Raine, heç çılpaq adam görmədiyi iddiasıyla ən yüksək qiyməti verən adama bakirəliyini satacağını açıqlamışdı. Bunun üçün bir internet saytı açan Elizabet, üzünü gizli saxladığı fotoşəkillərlə özünü satışa çıxarmışdı. Ancaq Elizabet indiyə qədər yığdığı 801 min dollardan sonra bu işdən imtina etdiyini açıqladı. Əgər hadisə reallaşsaydı ABŞ-da internet üzərindən belə bir satış qanuni olmadığı üçün ancaq Avstraliyadan biri gənc qadının bakirəliyini satın ala biləcəkdi. Hər şeydən imtina etdiyini və artıq karyerasını qurmağı düşündüyünü söyləyən Elizabet, sirr kimi gizli saxladığı şəxsiyyətini də açıqladı. 27 yaşlı gənc qadının gerçək adı Hanna Kerndir... Vaşinqton Universitetində Hanna ilə birlikdə oxuyan tələbələr onun Elizabet Raine olduğunu öyrənincə böyük bir şok yaşadı. Çünki Hanna məktəbdə olduqca səssiz və içinə bağlı bir tip idi və onun bu qədər dəlicəsinə bir addım ata biləcəyi kimsənin ağılına gəlməzdi.