9 aylıq hamilə rekord qırdı

Ana olmağa hazırlaşan qadın 100 kq-a yaxın ağırlıq qaldırıb



Amerikalı 33 yaşlı qadın rekorda imza atıb. Meqan Umphres Leaterman doğuşdan iki gün öncəyə kimi ağırlıqqaldırma ilə məşğul olub. Qadın həyat yoldaşı Çad ilə məşğul olub. O, doğuşdan iki gün öncə 97,5 kq ağırlıq qaldıraraq rekorda imza atıb. Meqan Latherman mükafatını alandan iki gün sonra ana olub. Qadın hamiləliyi ərzində idmanı ləngitmədiyini və heç bir çətinliklə qarşılaşmadığını, əksinə ağır atletikanın doğuşu asanlaşdırdığını deyib. İndi övladına qovuşan qadın yeni rekorçdlara imza atmaq haqqında düşünür.

Milyarder sərvətinin yarısını bağışladı

Facebook-un ikinci adamı olan Şerl Sandberq sərvətinin yarısını "The Giving Pledge” adlı fonda bağışlayıb. Sadberqin təxminən 1 milyard dollar sərvəti olduğu güman edilir. Beləliklə Sandberqin hədiyyəsinin təxminən 500 milyon dollar civarında olduğu bildirilir.

Sandberq "The Giving Pledge”ə kömək etməyə qərar verən dünyanın 127 milyarderindən biri olub. Sandberqin bu qərarı digərləri üçün də təşviq edici olub və onunla birlikdə altı şəxs daha fonda hədiyyə etmə qərarı verib. İş adamı Varren Buffet və "Microsoft”un qurucusu Bill Qeyts tərəfindən qurulan vəqf insanlığın problemlərini həll etmə məqsədi daşıyır. Bu vəqf gündəlik problemləri deyil, əsasən dünyanın ən böyük problemlərinin qaynağına enməyi hədəfləyir.