Sürücülərin nəzərinə: Bakı-Sumqayıt yolu bağlanır



 

Bu gün axşam Bakı-Sumqayıt yolu qismən bağlanacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Bakı-Sumqayıt yolunun 6-cı kilometrindən 11-ci kilometrinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Sürücülərdən bunu nəzərə almaları tövsiyə olunur.