Dindarlar eyni geyimdə olacaqlar

"Əgər özünü belə qeyrətli hesab edirsən get Qarabağda döyüş"



 "Din xadimləri vahid geyim formasında olmalıdır". Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) din xadimləri üçün təşkil etdiyi təkmilləşdirmə kursunun açılışı ilə bağlı keçirilən konfransda millət vəkili Eldar İbrahimov deyib. O, din xadimlərinin vahid geyimdə olmasının vacibliyi məsələsinə toxunub". Belə olarasa din xadimlərimiz yerlərdə bir məclisə gedərkən insanlar ayağa qalaxarlar və onların din xadimləri olmasıni bilər, hörmət edərlər”.
Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev dini sahədə maarifləndirmə Qafqaz Müsəlmanları İdarəsinin istədiyi səviyyədə olmadığını deyib.
O bildirib ki, bir ay ərzində din xadimlərinin vahid geyim məsələsi də həllini tapacaq: "Necə vaxtdır, dövlət rəhbərliyi səviyyəsində din xadimlərinin geyim məsələsinin həlli tapşırılmışdı. Nəhayət, Kamal Abdulla dövlət müşaviri təyin olunandan sonra həllini tapdı”.
V.Məmmədəliyev İslam Universitetinin diplomlarının tanınmaması məsələsinə də toxunub.
O, qeyd edib ki, Azərbaycanda bəzi dini insitutlara status verilib amma tələbələrə diplom verilmir. "Bu məsələ həll edilməlidir”.
Daha sonra V. Məmmədəliyev Suriyaya döyüşə gedən azərbaycanlılardan danışıb. O, bir daha vurğulayıb ki, onlara şəhid deyilə bilməz. "Başqa yerlərdə döyüşənlər şəhid deyilməz. Əgər sən özünü belə qeyrətli hesab edirsən get Qarabağda döyüş. Onlara pul verib göndərirlər. Sonrada şəhid olmağa gedirəm deyirlər. Onlar şəhid deyil.(anspress)
Şəhidlər Vətən, namus, din yolunda həyatını fəda edənlərdir. Biz başqa ölkənin işinə niyə qarışırıq? Özünü belə qəhrəman sayırsansa, Qarabağda partizan kimi döyüş, Suriyaya niyə gedirsən?”
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə isə Mübariz İbrahimovun şəhidlik zirvəsinə yüksəldiyini söyləyib: "Kimsə Mübariz İbrahimova döyüşmək tapşırmışdı? Özü torpaq uğrunda döyüşüb, şəhid oldu”.