Hacıbala Abutalıbov "Şərəf" ordeni ilə təltif edilib





Azərbaycan respublikasının prezidenti İlham Əliyev Bakı şəhərinin merini medalla təltif edib.
Dövlət başçısı bu barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Hacıbala İbrahim oğlu Abutalıbov "Şərəf” ordeni ilə təltif edilsin".