Fil görünüşlü dovşan balası





Qəzzanın Xan Yunus şəhərində dünyaya gələn fil balasına oxşar dovşanlar 1 gün yaşadı.
Dovşanların sahibi Cihad Əbu Mur (23), şəkli və rəngiylə fil görünüşündə olan dovşan balalarının dünyaya gəldikdən bir gün sonra öldüyünü söylədi.
Əbu Mur, əvvəlki gün dünyaya gələn 11 baladan 3-nün xortumu xatırladan burunları, böyük qulaqları, qısa quyruqları və boz rəngləriylə dovşan balasından çox fil balası görünüşündə olduğuna diqqəti çəkdi.
Qəzzədəki Fələstin hökuməti Əkinçilik Nazirliyinin Baytarlıq Xidmətinin müdiri Zekeriya əl-Kefarine, dovşan balalarının bu şəkildə dünyaya gəlməsinin səbəbini acıqlayıb. O, ana dovşanın, hamiləliyi əsnasında tutulduğu xəstəlik nəticəsində yaranan genetik pozğunluq sonrası belə doğuşun baş verdiyini ehtimal edib.