Nərimanov rayonunda yanğın: ölən və yaralanan var





Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Fətəlixan Xoyski, 94 ünvanında qeydə alınıb. Baş verən yanğınla bağlı bina sakinləri Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə zəng vuraraq məlumat veriblər. Hadisə yerinə nazirliyin Nərimanov Rayon yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin operativliyi sayəsində sözügedən ünvanda yaşayan Lüdmila Hakimova yaralı olaraq xilas edilib.
Yanğınsöndürülən zaman Antonina Hakimovanın meyiti aşkar olunub. Meyit evdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Qonşuların verdiyi məlumata görə, Antonina Hakimova qızı Lüdmila Hakimova ilə tüfeyli həyat sürürmüş.
Küçədə topladıqları zibilləri evlərinə yığırmışlar. Baş verən yanğın zamanı evdəki zibillərin yanması yanğınsöndürənlərin işinə xeyli mane olub. Amma buna baxmayaraq yağınsöndürənlər qısa zamanda yanğını söndürərək alovun digər mənzillərə keçməsinin qarşısını alıblar.
Faktla bağlı araşdırma aparılır.