Ərdoğanın müşaviri etirazçını təpikləyib






Türkiyənin Manisa vilayətinin mədən qəzası baş verən Soma qəsəbəsinə səfər edən Rəcəb Tayyib Ərdoğan etirazla qarşılanıb. Musavat.com-un "Sözcü”yə istinadən  verdiyi məlumata görə, etirazlara təhlükəsizlik qüvvələri sərt reaksiya verib.
Sosial mediada Ərdoğanın müşaviri Yusuf Yerkelin yerə yıxılan aksiya iştirakçısını təpikləməsinin fotosu yayılıb. O, baş nazir Rəcəb Tayyib Ərdoğan və nazir Taner Yıldızla birlikdə də görüntülənib.
Sosial media istifadəsiləri iki fotonu yanaşı qoyaraq, "Qalstuk ələ verdi” şərhini yazıblar.