Sumqayıta sürət qatarı

Məsələ Bakının Regional İnkişaf Planı layihəsində təklif kimi öz əksini tapıb



 "Bakıdan Sumqayıta sürət qatarlarının çəkilməsi nəzərdə tutulur”.
ANS PRESS-in məlumatına görə, bunu Bakı dövlət layihə insitutunun direktoru İlqar İsbatov deyib. O bildirib ki, Böyük Bakının Regional İnkişaf Planı layihəsində bu məsələ təklif kimi öz əksini tapıb.
İ.İsbatov həmçinin qeyd edib ki, layihədə Bakı ilə Sumqayıtı birləşdirəcək metro xəttinin çəkilməsi nəzərdə tutulmayıb:
"Avovağzaldakı stansiyanın davamı kimi Xırdalan istiqamətinə üstünlük verilməsini təklif edirik. Bu stansiya ilə bağlı məsələ Metropolitenin inkişaf planlında da öz əksini tapıb. Ancaq Sumqayıta metro xəttinin çəkilməsi layihədə nəzərdə tutulmayıb”.