Azərbaycanda bir dəqiqəlik sükut

Azərbaycan-Rusiya matçında Soma qurbanları anılacaq

Mayın 16-da 18 yaşadək qızlardan ibarət yığma komandalar arasında Bakıda təşkil olunacaq UEFA-nın inkişaf mini-turniri çərçivəsində Azərbaycan-Rusiya matçı bir dəqiqəlik sükutla başlayacaq. ANS PRESS-in məlumatına görə, sükut Türkiyənin Manisa vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı ilə bağlıdır. Qeyd edək ki, qarşılaşma saat 14:00-da, Bayıl stadionunda baş tutacaq. Xatırladaq ki, Soma kömür mədənində mayın 13-də günorta saatlarında transformator partlayışı olub. Hadisə növbə dəyişikliyi zamanı baş verib. Buna görə mədəndə iki növbənin əməkdaşları olduğu üçün itkilərin miqyasının böyük olduğu bildirilir.Türkiyənin iri Həmkarlar İttifaqları Soma şəhərində mədəndə 282 nəfərin həyatını itirdiyi faciəyə görə bir günlük tətil etdiklərini elan ediblər.