Gül Somada belə qəhərləndi (VİDEO)

Türkiyə prezidenti Somada çıxış edib

 

Region Türkiyə prezidenti Abdullah Gül Somada danışıb. ANS PRESS-in məlumatına görə, çıxışı zamanı vətəndaşlardan biri prezidentə səslənərək "bizə kömək edin prezident" deyə səslənib. Bundan sonra A.Gülün xeyli kədərlənib və səsi titrəyib. Türkiyə prezidenti dünyasını dəyişən bütün mədənçilərin məkanlarının cənnət olması diləyib: "Bütün millətimizin başı sağ olsun. Şübhəsiz ki, mədən və yeraltında çalışmaq, yeraltında ruzi qazanmaq üçün çalışmaq, qazancların bəlkə də ən müqəddəsidir. Hazırda əlimizdən gələn hər şeyi edirik. Xilasetmə işləri fasiləsiz olaraq davam edir. İlk xəbər alındığım müddətdən bu yana dövlət bütün imkanlarıyla səfərbər olub. Təəssüf ki, itkimiz böyükdür. Acı böyükdür və hamımızın acısıdır. Həqiqətən çox böyük bir facia ilə qarşı-qarşıyayıq. Bu yaraları sarımaq üçün böyük bir həmrəylik göstərməliyik". Türkiyə prezidenti həmçinin qeyd edib ki, bu hadisə ilə əlaqədar artıq istintaq başladılıb.