Somada ölənlərin sayı 283-ə çatdı, 114 mədən bağlanılıb






Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Somadakı faciədən sonra aparılan xilasetmə işlərindən danışıb.
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, daha bir fəhlənin cəsədi uçqun altından çıxarılıb.
"Hazırda xəstəxanalarda 3 xəstəmiz qalıb. O biriləri xəstəxanalardan çıxarılıb. Onların həyatı üçün təhlükə yoxdur”-deyə, nazir mədəndəki yanğınla bağlı açıqlama verib.
Nazir deyib: "Yanğın tamamilə sönməyib. Ancaq böyük bir hissəsi söndürülüb. İşçi qardaşlarımızın cənazələrini ailələrinə verəcəyik.
"Məsuliyyət daşıyanların göz yaşlarına baxmayacağıq ”- demişdim. İlkin olaraq, inzibati istintaqa başlamışıq ”.
Onun sözlərinə görə, 114 mədən ocağı bağlanılıb.
***
22.01
Soma faciəsinin yaşadığı daş kömür mədənində yanğın söndürülüb. Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, mədən dəm qazından təmizlənib. Xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirmək üçün şaxtaya daxil olub.