Tibb bacısını öldürdülər

Bakıda xəstəxanada daha bir qətl hadisəsi törədilib




Bakıda qətl hadisəsi törədilib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, mayın 16-da F.X.Xoyski küçəsində yerləşən 5 saylı xəstəxananın qarşısında Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Şahlar Əliyev ailə-məişət zəminində həyat yoldaş, orada tibb bacısı işləyən 1983-cü il təvəllüdlü Minarə Salmanovanı qətlə yetirib. Nərimanov RPİ 16-cı PB və BPİ DYPİ əməkdaşları Ş.Əliyevi yaxalayıb.
Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, mayın 15-də Nərimanov rayonunda yerləşən başqa xəstəxanada da qətl törədilib. Rayon ərazisindəki Elmi Tədqiqat və Kardioloji İnstitutunda müalicə olanunan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseynağa Cəlilov münaqişə zəminində Saatlı rayon sakini Mikayıl Hüseynovu bıçaqla qətlə yetirib.