Bakıda DƏHŞƏT! Ana və 8 aylıq körpəsini maşınla vurub öldürdülər





Bakı şəhərinin Qaradağ rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Bakı-Ələt yolunda "Mercedes" markalı minik avtomobili yolu keçən gənc qadını və qucağındakı 8 aylıq körpəni vurub. Zərbənin gücündən ana və balası 15-20 metr kənara düşüblər. Onların hər iki hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırmalar başlanılıb. Qəzanı törədən avtomobil və sürücüsü müəyyən edilərək saxlanılıb.