Krım tatarlarının mitinqini hərbi vertolyotlar dağıtdı







Bu gün krım tatarları deportasiyaya uğramalarının 70 illiyini qeyd edirlər. Səhər tezdən Bağçasaraydakı Lenin meydanında keçirilən matəm mitinqi zamanı havaya qalxan iki hərbi vertolyot dinc əhalinin, az qala, başı üzərində fırlanaraq iştirakçılar arasında vahimə yaradıb, çıxış edənlərin səsini batırıb.

Aktual.az Ukrayna mediasına istinadən bildirir ki, deportasiya qurbanlarını ananlar "Mustafa”, "Millət”, "Vətən”, "Krım” deyə qışqırmağa başlayıblar. Mitinqə gələnlər arasında xeyli uşaq və deportasiya şahidləri-yaşlı insanlar olub.

Baxçasaray Regional Məclisinin sədri Axtem Çiygöz mitinq iştirakçılarını təxribata uymamağa, Simferopol şəhərinin Ağ məscid qəsəbəsində keçirilən ümumkrım mitinqinə qoşulmağa çağırıb.