Psixoloq:"Ərini ,övladlarını atıb, başqasına qoşulub qaçır" - Kimdir müqəssir ?

"Bir xanımın ailəsi varsa, öz ailəsində xoşbəxt ola bilər. Ailəsini atıb başqa biri ilə xoşbəxt ola bilməz”
Bu barədə "Sherg.az”a son zamanlar ailəli-uşaqlı xanımların övladlarını ataraq sevgilimdir deyib, başqa birinə qoşulub qaçmasından danışarkən pisixoloq Aytən Ələkbərova bildirib.
Onun sözlərinə görə, evli ola-ola başqa birisi ilə getməyi hər qadına şamil etmək olmaz:
"Amma həyatda müxtəlif qadınlar var. Əgər tərəflər valideynin razılığı ilə ailə qurublarsa, müəyyən bir dövr keçdikdə sonra onların arasında soyuqluq yaranır. Digər tərəfdən yaranan isti münasibətə görə, sevgi deyib müəyyən bir addımları atırlar. Gəlin, görək qadınlarımız niyə aldanır? Qadınlarımızın aldanma səbəbləri nədən irəli gəlir? Çünki qadınların əksəriyyəti qulaqlarını cəfəngiyyatlı sözlərə daha çox açır. Bu sözlər gipnoz xarakterlidir. Gipnoza qarşı çox meylli olduqlarına görə, qadınların aldanma faizləri də çox tez-tez baş verir. Eyni zamanda da qarşılıqlıdır. Mənə də müraciət edən xanımların sayı - hesabı yoxdur. Evli xanımlarımız ailələrindən görmədikləri qayğıdan, yoldaşlarının onlara qarşı xəyanətindən onlardan yaxşı söz eşitmədikləri üçün belə addım atırlar. Sosial şəbəkələr də birbaşa vasitəçi rol oynayır. Artıq evdə istilik, mehribanlıq görmürlər. Yaxşı bir sms və ya votçapda göndərilən bu xarakterli mesajlar onları gipnoza tərəf yönləndirməyə başlayır.Həmin vaxtı da nə baş verir? Öz ailəsinə qarşı yaranacaq nifrət hissləri hədindən artıq çox inkişaf edir. Buna görə dərhal "Hər şeydən üz döndərim çıxım gedim” fikrinə düşürlər. Amma bizim bu məsələyə aid əsgi Azərbaycan filmimiz var. Yaxşı olar ki, onu çox tez-tez göstərsinlər. Bu filimin adı " Ölsəm bağışlayın"dır. Amma kiməsə meyl edib, onunla xoşbəxt yaşayacam deyib qoşulub qaçırlar. Qarşısındakı bu insanın heç bir xarakterini bilmir. Sadəcə, üç-beş şirin cümləyə aldanır. Amma bu müəyyən bir vaxtlarda baş verir. Deməzdim ki, o qədər çoxluq təşkil edir. Müəyyən bir seriallara baxıb, həmin o seriallardaki kimi "mən sevdiyimə getdim", "artıq mənim hər şeyim var", "bundan sonra daha xoşbəxtəm" deyirlər. Bu insanlar qoyub getdiyi ailəsi üçün bir zamanlar peşman olub darıxırlar. Yəni tam "mən ailəmi qoyub getdim, indi xoşbəxtəm” deyəcək bir anlam olmur. Sevgi biraz əl çatmaz olmalıdır. Artıq tam çatıb bu bərabərliyi yaşadıqdan sonra sadə dildə desək, o qadın "başına döyməyə" başlayır və "İlahi kimə nəyə görə bunları etdim", "mən bu addımı niyə atdım” sualları ətrafında var-gəl edir".
Azərbaycanın mental dəyərlərinin olduğunu söyləyən psixoloq qeyd edib ki, bir qadının ailəsi varsa, o, öz ailəsində daha çox xoşbəxt olmalıdır: 
"Amma bəzən görürsən ailə qalmaqallı olur və qadın o ailədə yaşamağa davam edir. Günü-gündən daha pis hadisələr baş verməyə başlayır. Burada intihar hadisəsi də ola bilər. Ya iki gəncin bir-birinə qarşı olan xarakterlərinin sonluğuda ola bilər. Müəyyən insanlar var ki, həmin vaxt o anlara nəzər yetirmir. Amma onların da həm psixoloji tip olaraq, həm xarakter olaraq müəyyən bir pozğunluqlar var. Birinci dərhal qınağa üz tuturuq. Deyirik ki, xüsusiyyət tutmursa, boşan, dinimizdə də ikinci dəfə ailə qurmağa icazə verir. Belə olduqda bu, tamam başqadır. Biri də var, ailədə heç bir narazılıq olmadan, heç bir boşanma getmədən sən çıx get. Yəni bunlar artıq tərəflər arası münasibət, davranış pozuntusudur. İnsan əvvəl davranışına və etdiyi hərəkətlərinə fikir verməlidir. O davranış pozulduğu halda artıq öz düşüncəsi ilə düşünmür. İçərisində olan ikinci məni onu idarə etməyə başlayır. Onda o özü yox, ikinci mənin idarəsinə çevrilir. Bu zaman problemlər yaranır. Təbii ki, bunu biz azərbaycanlı olaraq heç vaxt xoş qarşılamırıq. 50 ildə keçsə də, bu, belə qalacaq. Bizdən olan övladlarımız bunu götürürlər. Bizdən məhz bu cür eşidirlər. Eşitdiyi halda da bunu xoş qarşılamırlar”.
"20-30 il əvvəl, hətta ondan qabaq da gəlinlə bəy bir-birinin üzünü toy günlərində görürdülər, lakin belə hadisələr yaşanmırdı. Bəs indi necə olur ki, bir -birilərini sevib evlənirlər, övladları olur və qadın övladını atıb, başqasına qoşulub qaçır ?" sualına gəlincə, A.Ələkbərova vurğulayıb ki, 20 il əvvəli düşünəndə müəyyən edərik ki, valdeynlərinin arzu, istəyi ilə ailə quranlar çox olub.Amma indi gendir bərabərliyi deyilən bir anlam hədindən artıq geniş vüstə alıb: 
"İndi qadınlar sərbəst olmaq, öz ayaqları üstə durmaq istəyir. Qarşı tərəf isə bəydir. O öz xanımında bunu görmək istəmir. Bunların özü də ailənin dağılmasına gətirib çıxarır. Eyni zamanda bir bəy sosial şəbəkələrdə edəcəyi xəyanəti düşünmür. Amma yoldaşının biri ilə yazışmasına görə, boşanma hadisələri çox olur.Bəzən isə bu hal sui-qəsdlərə səbəb olur.
Çox gözəl sual verdin ki, axı keçmişdə tərəflər bir-birinin üzünü görməyiblər. Keçmişdə bəyəm bu cür xarakterlər olmayıb? Bu xarakter həmişə olub. Psixologiya nə qədər varsa, onun içərisində bunlar da var. Hündürlükdən qorxan bir insanı misal götürək. Bu insan düz yolu getdikdə belə ayağında makasin olsa belə yenədə o hündürlükdən qorxur. O hündürlükdən qorxduğu halda, o yolu gedərkən büdrəyir. Məsələ bundan ibarətdir ki, gənclərin arasında boşanmaya gətirən səbəblər elə ilk andan başlayır. Elə nişanlılıq dövründən... 
Nişanlı olmaq, söz kəsmək bir-birini tanımaq üçündür. Həmin tanımada müəyyən şeylər var ki, həmin an deyirsən ki, "yaxşı bunları sənin üçün edərəm”. Hər hansısa bir qısqanclığı götürək. Həmin an qadın düşünür. Yenə dediyim həmin hal, gipnoza meylilik. "Aha o mənə yaxşı söz deyir, məni qısqanır, mənə buna icazə vermir”. Amma bir müdətdən sonra bu yaşam tərzinə çevrildikdə artıq qarşı tərəf bunu qəbul edə bilmir. Bunu özünə bir işgəncə hesab edir. Bir neçəsinin yanında bunu danışaraq özünə tərəfdar yığır. Hər kəsin dediyi bir söz olur. "Ağlın yoxdur sənin, beş günlük həyatdır, ömrünü yaşa, get boşan canını qutar". Yəni boşanan insanlar qohumlarının sözlərinə görə, bu addımı atır. Xırda bir məqamı boşanmaya qədər böyüdürlər. Təbii ki, onlar üçün biz pisixoloqlar,sosioloqlar var. Əgər intim münasibətdə bir problem varsa,sekspatoloq var. Yəni bunların hamısına aid hər kəs öz işini görsə, biz bunun qarşısını ala bilərik. Qızlarımız nə qədər atası,qardaşı ilə dost olarsa, o zaman boşanma faizi aşağı düşər. 
Atalar, qardaşlar qızlarımızı, bacılarmızı,analarmızı, gəlinlərimizi bəzən dinləmir. Bəzən də heç dinləməkdə istəmir. Amma xanımlar vaxtında dinlənsə, onların atacağı addımın qarşısını vaxtında alına bilinər. Bir ata,qardaş özünə sığışdırmır ki, bu gün mənim qızımın, bacımı istəyən oğlanla gedim bir istəkan çay içim, nərd oynayım.O zaman oğlan oğlanın pisxalogiyasını bildiyinə görə, onun bacısı ilə uyğunlaşıb uyğunlaşmamasını biləcək. Bu cür aldanan qızların sayı da azalacaq. Gəlin, görək biz bunu edirikmi? Bu oğlan bizim qızımıza qarşı hansı münasibətdə olacaq? Əlbəttə ,bunu etmirlər. Əslində bizdə yaranan problem budur. Həmin bu boşanmaya qədər gəlib çıxan bu məsələni biz atalar, qardaşlar edirik. Gender bərabərliyini düşünmək istəmirik. Gender bərabərliyini düşünəndə də biz atalar, qardaşlar qızlarmızla mütləq və mütləq dost olmalıyıq".
Psixoloq onu da əlavə edib ki, bəzi hallarda analar da qızlarını bədbəxt edir:
"Bəzən analarmız düşünür ki,evi var, maşını var, eybi yoxdur atandan, qardaşından gizli görüş, danış görək nə olacaq. Bu da erkən hamiləlik, toydan əvvəl bakirəliyin pozulması kimi problemlərə gətirib çıxarır. Vaxtında ata və qardaşımız buna müdaxilə etsə, ailə quran qızlarımız bu qədər boşanmağa, ailəsi ola-ola başqasını sevməyə meylli olmaz”.
Kənan Eynuroğlu