Messi "Barselona" ilə müqaviləni rəsmən yenilədi






Lionel Messi "Barselona" ilə müqaviləni rəsmən yeniləyib.
Bu barədə klubun rəsmi saytı yayıb. Ancaq müqaviləni müddəti və şərtləri haqda məlumat verilməyib.
İspaniya mətbuatı isə argentinalı hücumçunun sözləşməsini 2019-ci ilə qədər uzatdığını yazıb. Yeni müqavilə ilə onun illik 20 milyon avro qazanacağı bildirilir. Beləliklə, Messi dünyanın ən çox qazanan futbolçu olacaq.
Qeyd edək ki, Messi bu mövsüm 46 rəsmi matçda iştirak edib və 41 qol vurub.