Müharibə cinayətlərinə görə cəzalar sərtləşdirilir: 20 il HƏBS




Azərbaycanda müharibə cinayətləri ilə bağlı cəzalar ağırlaşdırılır. Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycan Prezidenti tərəfindən bununla bağlı Cinayət Məcəlləsinin 100.2 və 117.2-ci maddələrinə dəyişiklik təklif edilib. Maddə 100.2-yə təklif olunan dəyişikliyə əsasən, təcavüzkar müharibəni aparma əməlinə görə 12 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq ediləcək.
Eyni cəza maddənin 117.2-yə də (döyüş bölgələrində heç kəsin sağ buraxılmayacağını bəyan etmə və ya bu barədə tabeliyində olan şəxsə və ya bu məcəllənin 115-ci (Müharibə qanunlarını və adətlərini pozma) və 116-cı (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) maddələrində nəzərdə tutulan cinayətlərin edilməsinə yönəldilən bilə-bilə cinayətkar əmr və ya sərəncam vermə) şamil edilməsi təklif olunur.
Hazırda hər iki maddənin qüvvədə olan cəzaları 10 ildən 15 ilə qədərdir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.