Daha bir azərbaycanlının sorağı Suriyadan gəldi (FOTO)

Yaxınları 23 yaşlı Fuadın Türkiyəyə işləmək üçün adıyla deyirlər




 "Oğlum evdən ötən ilin mart ayında Türkiyəyə işləmək adı ilə çıxıb və bir daha geri dönməyib. Yanvar ayında telefonla zəng vurub Suriyada olduğunu deyib".
Bu sözləri ANS PRESS-ə müraciət edən gəncin dayısı Hüseynov Yaşar deyib. Onun sözlərinə görə, bacısı oğlu Fuad Rəşid oğlu Xəlilzadə ilə sonuncu dəfə mart ayının 16-da danışıblar. Ailəsi 23 yaşlı gəncdən geri qayıtmağı tələb edib.
"Fuad bizə cavabında dedi ki, bir də məndən bunu tələb etsəniz sizinlə əlaqəni birdəfəlik kəsəcəm. Axırıncı dəfə martın 16-da Skype-la danışdıq.Yenə ondan geri dönməyini tələb etdik. Bundan sonra onunla əlaqə kəsildi".