Zakir Həsənov Rusiya və İran müdafiə nazirlərilə görüşəcək







Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvətilə 23-24 may tarixlərində Moskva şəhərində keçiriləcək Beynəlxalq Təhlükəsizlik üzrə 3-cü Konfransda iştirak edəcək.
Bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfər zamanı Z.Həsənovun Rusiya Federasiyasının müdafiə naziri ordu generalı S.Şoyqu və İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə ikitərəfli görüşləri planlaşdırılır.