"Azərbaycanda da parlament televiziyası yaratmaq olar" - Əflatun Amaşov





"Əksər ölkələrdə müvafiq telekanallar parlamentin iclaslarını canlı yayımlayır”.

Bunu "Sherg.az”a Milli Məclisinin plenar iclasında parlament televiziyasının yaradılması təklifinə münasibət bildirərkən Mətbuat Şurasının sədri Əflatun Amaşov danışıb. 

Onun sözlərinə görə, Azərbaycanda da belə televiziyanı yaratmaq olar:

"Lakin baxmaq lazımdır ki, bu, indiki şəraitdə nə dərəcədə gərəklidir. Televiziya kanalının ərsəyə gəlməsi üçün texniki imkan olmalıdır. Təchizat məsələsi kifayət qədər çətin prosesdir. Müxtəlif kanallarda parlament xəbərləri barədə daha çox yayımlar ola bilər. 

Ayrıca, Parlament televiziyasının yaradılması müəyyən vaxt tələb edir. Hər halda, parlament xəbərlərinin telekanallarda yayımlanması təklifi gündəmə gətirilib, müzakirə edilməlidir”.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli də parlament televiziyasının yaradılmasına ehtiyac olmadığını söyləyib.

Aysel Aslan