Bakıda avtomobil mağazaya girdi






Bakıda qeyri-adi yol nəqliyyat hadisəsi baş verib. avtosfer.az-ın məlumatına görə, Nəsimi rayonu Eldar Babayev küçəsində vətəndaşa məxsus "VAZ 2104” markalı avtomobil mağazaya çırpılıb.
Qəzada xoşbəxtlikdən ölən və ya yaralan olmayıb. Marketə isə xeyli zərər dəyib.
Bildirilir ki, sərxoş vəziyyətdə olan "VAZ” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçmaq istəsə də, o ətrafdakılar tərəfindən saxlanılıb. Bu zaman sürücü ilə mağaza sahibi arasında insident baş verib. Mağaza sahibi dəymiş ziyanın ödənilməsini tələb etsə də, sərxoş sürücü bundan imtina edib.
Faktla bağlı Nəsimi rayon Polis idarəsində araşdırma aparılır.