Rusiyalı 3 uşaq anası dünya gözəli seçildi

28 yaşlı Yuliya bundan öncə "Miss Sankt-Peterburq", "Miss Rusiya" adını qazanıb











































Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan Yuliya İonina ötən gün Ekvadorda keçirilən "Dünya gözəli-2014" gözəllik müsabiqəsinin qalibi seçilib.
ANS PRESS-in məlumatına görə, bu narədə model şəxsi İnstagram səhifəsində xəbər paylaşıb. 28 yaşlı Yuliya 3 uşaq anası olan model fikirlərini izləyiciləri ilə bölüşüb: "Mən çox şadam ki, hərşey yaxşı oldu. Bu həm mənim üçün həm də Rusiya üçün şad xəbərdir". "Gözəllik və mərhəmət” adlı xeyriyyəçilik fonduna rəhbərlik edən qadın 2012-ci ildə "Miss Sankt-Peterburq", 2013-cü ildə "Miss Rusiya" titulları ilə mükafatlandırılıb.

Qeyd edək ki, Yuliya İonina "Hüquq elmi” ixtisası üzrə ikinci ali təhsil alır. Modelin fotolarını sizə təqdim edirik: