Möcüzə qurtuluş

3 yaşlı qız 11 gün tək başına qurdların və ayıların arasında həyatda qalmağı bacardı












 
Кarina Cikitova 11 gecə boyunca  qurdlar və ayıların məskunlaşdığı tayqa adı verilən Sibirin bataqlıq və meşəlik bölgəsində iti sayəsində həyatda qaldı.
Sibirin ən soyuq yerində gecənin dondurucu soyuğunda yaşaması möcüzə olan kiçik qız itinə sarılaraq bədən istiliyini qorudu. Karina özünə böyük otlardan yataq da düzəldib. Yabanı meyvələr yeyərək çay suyundan içərək yemək ehtiyacını ödəyib. Hələ 3 yaşında olan bir qız uşağının həyatda qalma mucadiləsi hər kəsi şoka salıb.
Karinanın soyuq və vəhşi heyvanlar arasında 11 gün yaşaması tam bir möcüzədir. Axtarış - qurtarma qrupları Karinanı böyük otların arasında oturmuş bir halda tapıб. Xilasedicilər sanki otlar arasında saxlanan kiçik qızı tapdıqları zaman davranışlarının da çox normal olduğunu açıqlayıb.
Sibir tayqaları ölkənin qurd, ayı, tülkü kimi vəhşi heyvanların ən sıx yaşadığı yerdir.