Azərbaycanlı "qanuni oğrular"ı öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA





Azərbaycanlı "qanuni oğruların” qətlində təqsirli bilinən Nazim Hümbətovun işi Moskva vilayət məhkəməsinə göndərilib.
Lent.az-ın xəbərinə görə, bu barədə Rusiya mediası xəbər yayıb. "Axsaq” ləqəbli Nazim Hümbətov 4 nəfərin qətlində təqsirli bilinir.
Rusiya hüquq-muhafizə orqanlarından verilən məlumatda N.Hümbətova cinayət məcəlləsinin 105-ci (qətl) və 327-ci (sənədlərin saxtalaşdırılması) maddələri ilə cinayət işi açılıb.
Bundan başqa, artıq polis "Axsaq”ın yaxın adamı, Ülfət Gəncinskinin (Ülfət Tağıyev) də axtarışını başa çatdırıb.
Hadisə 2003-cü ilin 24 sentyabrında baş verib. N.Hümbətovun axtarışlarına 2008-ci ildə başlansa da, "Axsaq” 2012-ci ilin payızında həbs olunub.