ANS-in reportajına görə 8 nəfər işdən çıxarıldı






"Bakı Taksi” MMC bir neçə gün öncə ANS TV-nin "London taksiləri” ilə bağlı hazırladığı süjetə görə 8 sürücünü işdən azad edib. Bu barədə azvision.az-a sürücülər özləri məlumat veriblər.
Bildirilib ki, ANS telekanalı bir müddət öncə "London taksi”lərlə bağlı reportaj hazırlayıb və efirə gedən kadrlarda sürücülərin görüntüləri əks olunub. Buna görə də, "Bakı Taksi” MMC-nin rəhbərliyi efirə gedən videoda görünən sürücüləri işdən çıxarıb.
Eləcə də, digər sürücülərə xəbərdarlıq edilib ki, heç bir KİV-ə şikayət xarakterli məlumat verməsinlər, əks halda işdən kənarlaşdırılacaqlar.