ANS-in əməkdaşı qəzaya düşüb





Dünən ANS televiziyasının əməkdaşı Novxanı-Corat yolunda avtomobil qəzasına düşüb. Lent.az-ın məlumatına görə, "Növbətçi” verilişinin müxbiri Anar Qafarovun idarə etdiyi 90 XB 188 dövlət qeydiyyatlı "Mercedes” markalı avtomobil, 10 UX 166 nömrəli "Volkswagen” və 99 BN 321 dövlət nişanlı "Opel” markalı maşınla toqquşub.
Hadisə zamanı A. Qafarov ailəsi ilə birgə Novxanıdan çimərlikdən qayıdırmış.
Sumqayıt şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, "Volkswagen”-də olan iki nəfər yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.