Bəzi aran rayonlarında havanın temperaturu 43 dərəcəyə çatacaq




Ekologiya və Təbii Sərvətlər Nazirliyi isti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə avqustun 16-dan başlayaraq ikinci ongünlüyün sonunadək Naxçıvan Muxtar Respublikasında və bəzi aran rayonlarında gündüz saatlarında maksimal temperaturun 40-43 dərəcə olacaq.
Bakıda və Abşeron yarımadasında 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyədək yüksələcəyi gözlənilir.