Kürdəmirdə qatar kişinin qolunu qopardı

Gözləri zəif görən kişi qatarın altında qalıb



Bu gün Kürdəmir rayonunda dəhşətli hadisə baş verib. Lent.az-ın məlumatına görə, Bakı-Qazax dəmir yolu xəttinin Kürdəmirdən keçən hissəsində qatar 62 yaşlı kişini vurub. Saat 21 radələrində Xırdapay kənd sakini, 1962-ci il təvəllüdlü Məmmədov Ağaməmməd Ağa oğlu dəmir yolunu keçmək istəyərkən qatarın altında qalıb. Onun bir qolu relsin üstünə düşdüyündən bədənindən ayrılıb. Həm də baş nahiyəsindən xəsarət almış kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Ailəsindən bildiriblər ki, A.Məmmədovun bir gözü görmür, o biri gözünün görmə qabiliyyəti isə 30 faizdən çox deyil.
Hadisə yerinə rayon prokurorluğunun əməkdaşları çıxıb, araşdırmalar aparılır.