42 dərəcə isti olacaq






 Hidrometeorologiya Departamentinin Azərbaycan üçün qızmar hava proqnozları davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah - 19 avqustda Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27, gündüz 35-38, yarımadanın bəzi yerlərində 40 dərəcəyədək isti olacaq.
Sabah Azərbaycanın rayonlarında da havanın temperaturu əsasən yüksək olacaq. Temperatur gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə hətta 42 dərəcəyədək yüksələcək.
Dağlıq rayonlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.