Qarpızları qəzet kağızıyla günəşdən qoruyur





Marmarisdə bir sahibkar, 50 hektar tarlada əkdiyi qarpızları günəşdən qorumaq üçün maraqlı bir həll yolu tapdı. Tarlasındakı qarpızları qəzet kağızıyla günəşdən qorumağa çalışan Mithat Soylu, verdiyi şərhdə, havanın həddindən artıq isti keçməsinə  görə qarpızlatın xarab olduğunu söylədi. Qarpızlarını günəşdən qorumaq üçün onları tək-tək qəzet kağızlarına bükdüyünü ifadə edən Soylu, belə danışdı:
"Bu il istilərdən tarlamdakı qarpızların həm xaricdən naxışı pozuldu həm də içi öarab oldu. Buna tədbir olaraq qarpızları qəzet kağızına bükdüm. Qarpızlar üçün 100 nəfərdən ibarət bir qrup yaratdım . 3 gündə qarpızlar tək-tək qəzet kağızına sarıldı. Tutduğum işçinin xərci bunu qarşılayır. Minlərlə qarpızı belə qoruma altına aldım. Qəzet kağızları işə yaradı."

"Tövsiyə edirəm"

Soylu, qəzet kağızına sarılan qarpızların günəşdən təsirlənmədiyinə işarə etdi. Bu tədbir sayəsində  rahatlandığını ifadə edən Soylu, "Həm istehsalçı olaraq mən rahatlanıram, həm də satışa çıxaran yoldaşlar qarpızlarımı çətinlik çəkmədən könül rahatlığıyla sata bilirlər. Bütün əkin yoldaşlarıma da bunu təklif edirəm. Bu çox gözəl və faydalı bir sistem" dedi.