"Azərbaycan özü silah istehsal edir və bir çox silahların müəyyən detallarını hazırlayır”.
Bunu "Sherg.az”a açıqlamasında Qarabağ qazisi, baş leytenant Kamil Musəvi deyib.
Hərbiçi bildirib ki, bugün milli ordumuz öz silahlarımızla təchiz olunur. Bu, Azərbaycan üçün böyük uğurdur:
"İstehsal etdiyimiz hərbi texnikalara digər ölkələrin maraq göstərməsi mühüm amildir. Dünyanın nüfuzlu ölkələri Azərbaycanın hərbi gücünü, silah sahəsində inkişaf edən bir dövlət olduğunu qəbul edirlər. Təbii ki, silah istehsal etməklə yanaşı, digər dövlətlərin silahlarını almağa da ehtiyac duyuruq. Çünki müharibə şəraitində yaşayırıq.

Həm də gənc dövlətin hərbi sahədə daha çox inkişaf etməsi üçün xeyli zaman lazımdır. Ona görə də silah istehsalında çoxillik təcrübəyə malik Avropa ölkələri ilə əməkdaşlıq etmək, onlardan silah almaq başa düşülən və təbiidir. Hələlik hazırlaya bilmədiyimiz hərbi texnikaları xarici dövlətlərdən almağa üstünlük veririk. Zamanla müxtəlif ölkələrdən baha qiymətə aldığımız silahları özümüz istehsal edəcəyik”.
Hərbiçinin sözlərinə görə, Fransa ilə Azərbaycan arasında hərbi əməkdaşlığın güclənməsi, yeni sazişlərin imzalanması müsbət haldır:
"Fransanın hərbi şirkətləri silah istehsalında çox qabaqdadır. Təcrübəli və peşəkar qurumların Azərbaycan şirkətlərinin məhsulları ilə maraqlanması, ortaq istehsala həvəsli olması ölkəmizin hərbi sahədə qüdrətini göstərir”.
İsmayıl